İran Hörmüz boğazı üzrə strateji fəaliyyət planını təsdiqləyib
Nicat Hüseynli
İran parlamentinin komissiyası Hörmüz boğazının idarə olunması və Fars körfəzinin təhlükəsizliyi ilə bağlı strateji fəaliyyət planının əsas prinsiplərini təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə İran parlamentinin Şuralar üzrə Komissiyasının sözçüsü Vəliullah Bəyati “Tasnim”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, komissiyanın iclasında plan nəzərdən keçirilib, üzvlərin rəyləri dinlənildikdən sonra sənədin ümumi konsepsiyası təsdiq olunub.
Bildirib ki, planın müddəalarından biri ABŞ, İsrail və digər ölkələrə məxsus gəmilər və avadanlıqların Hörmüz boğazından keçməsinin qadağan edilməsini nəzərdə tutur.
O, bu qərarı həmin ölkələrin Hörmüz boğazından İrana qarşı hərəkətlər həyata keçirmək üçün istifadə etməsi ilə əsaslandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net