Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev idxal-ixrac əməliyyatları və gömrük tənzimləmələri ilə bağlı fərmanlarda dəyişiklik edib.
Operativ Media xəbər verir ki, dəyişikliyə əsasən, xarici ticarət əməliyyatlarının tənzimlənməsi və gömrük sahəsində aidiyyəti dövlət qurumlarının siyahısına Kənd Təsərrüfatı Nazirliyi də əlavə olunub.
Belə ki, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilən dəyişikliklə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankla, yanaşı, bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verəcək.