Hindistanda mehmanxanada baş verən yanğında 7 nəfər həlak olub
Nicat Hüseynli
Hindistanın Qərbi Benqaliya ştatının Tarapit şəhərində mehmanxanada baş verən yanğın nəticəsində azı 7 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın bazar ertəsi gecə dördmərtəbəli mehmanxananın birinci mərtəbəsində başlayıb və qısa müddətdə yuxarı mərtəbələrə yayılıb.
Mehmanxananın 7 qonağı tüstüdən zəhərlənərək ölüb, bir neçə nəfər yaralanıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net