Energetik içkilərin gizli təhlükələri - Xəbərdarlıq
Energetik içkilərin tərkibində kofein və digər stimullaşdırıcı maddələr olduğu üçün onların həddindən artıq istehlakına xüsusi diqqət yetirilməlidir. Bu içkilərin normadan çox qəbul edilməsi ürək döyüntülərinin artmasına, qan təzyiqinin yüksəlməsinə, yuxusuzluğa, eləcə də narahatlıq və əsəbiliyə səbəb ola bilər.
Operativ Media xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda deyilir.
Bildirilib ki, yaşı 18 və daha yuxarı olan sağlam insanlar üçün gündəlik maksimum kofein norması 400 mq təşkil edir. Lakin bu zaman kofeinə fərdi həssaslıq, yaş, hamiləlik və ümumi sağlamlıq vəziyyəti hökmən nəzərə alınmalıdır:
"İstehlakçılara energetik içkiləri həddindən artıq və tez-tez qəbul etməmək, məhsulun üzərindəki kofein miqdarına fikir vermək və gün ərzində müxtəlif vasitələrdən alınan ümumi kofeini hesablamaq tövsiyə olunur. Həmçinin bu içkiləri alkoqolla birlikdə istifadə etmək təhlükəlidir. Ürək-damar xəstəliklərindən və ya yüksək qan təzyiqindən əziyyət çəkən şəxslər energetik içki qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Unutmaq olmaz ki, energetik içki adi sərinləşdirici içki deyil. Onları istehlak edərkən tərkibinə, kofein miqdarına və etiketdəki xəbərdarlıqlara mütləq riayət edilməlidir".
dəqiqələr içində saytın olsun.
