Menyu

BDYPİ rəsmisi piyadalara çağırış edib

Operativ Media
BDYPİ rəsmisi piyadalara çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, o, sosial şəbəkə hesabında piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntülərini yayımlayıb.

O, qeyd edib ki,  yol hərəkətində bir anlıq tələskənliyin nə qədər ciddi təhlükə yarada biləcəyini bir daha göstərir:

"Piyada keçidində hərəkət edən şəxsə zolaqlardan birində avtomobil yol verir. Lakin piyada digər hərəkət zolağındakı vəziyyətə kifayət qədər diqqət yetirmədən, qaçaraq yolu keçməyə davam edir və həmin zolaqla hərəkət edən avtomobillə toqquşur.

Piyada keçidi piyadaya yolu keçmək üçün üstünlük versə də, bu üstünlük təhlükəsizlik tədbirlərini aradan qaldırmır. Yolun bir zolağında avtomobilin dayanması digər zolaqda hərəkətin də dayandığı anlamına gəlmir. Xüsusilə çoxzolaqlı yollarda piyadalar hər bir hərəkət zolağına daxil olmamışdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və məsafəsini düzgün qiymətləndirməli, sürücünün onları gördüyünə əmin olmalı və yolu qaçaraq keçməkdən çəkinməlidirlər.

Bu cür vəziyyətlər sürücülər üçün də mühüm xəbərdarlıqdır. Piyada keçidinə yaxınlaşarkən qonşu zolaqdakı avtomobilin sürəti azaltması və ya dayanması təsadüfi hal kimi qəbul edilməməlidir. Həmin nəqliyyat vasitəsinin qarşısından görünməyən piyada çıxa biləcəyi ehtimalı hər zaman nəzərə alınmalı, sürət buna uyğun seçilməlidir.

Yol hərəkətində üstünlük hüququ təhlükəni avtomatik aradan qaldırmır. İstər sürücü, istərsə də piyada üçün əsas məqsəd kimin haqlı olduğunu sübut etmək deyil, təhlükəli vəziyyətin ümumiyyətlə yaranmasına imkan verməməkdir.

Bir neçə saniyə gözləmək, ətrafa bir daha baxmaq və qarşı tərəfin sizi gördüyünə əmin olmaq bəzən ağır nəticələrin qarşısını ala bilər".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər