Menyu

"Barselona" Kanselonu heyətinə qatdı

Operativ Media
"Barselona" Kanselonu heyətinə qatdı
1 dəq oxu

Portuqaliyalı müdafiəçi Joau Kanselo azad agent statusu ilə Kataloniya təmsilçisi ilə müqavilə imzalayıb.

​Operativ Media xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-dək nəzərdə tutulan sözləşmə bağlanıb.

​Daha əvvəl də "Barselona"nın şərəfini qorumuş oyunçu 2023/24 mövsümündə "Mançester Siti"dən icarə əsasında heyətə cəlb olunmuş, həmin dövrdə 42 görüşdə 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı. Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış etdikdən sonra 2026-cı ilin yanvarında yenidən icarə əsasında Kataloniya klubuna qayıdan portuqaliyalı futbolçu mövsümün ikinci yarısında 23 matçda meydana çıxaraq 2 qol və 4 assistlə fərqlənib.

Əlaqəli Xəbərlər