Menyu

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal mərhələsinə yüksəldi

Operativ Media
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal mərhələsinə yüksəldi

Azərbaycanı U20 dünya çempionatında təmsil edən qadın güləşçilərdən Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Operativ Media xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova təsnifat mərhələlərində macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskaya üzərində (tuş) vaxtından əvvəl parlaq qələbələr qazanaraq adını yarımfinala yazdırıb. O, finalın bir addımlığında hindistanlı Tanvi Gundeş Maqdumla qarşılaşacaq.

​Digər təmsilçimiz, üçqat U20 Avropa çempionumuz Ruzanna Məmmədova (59 kq) isə ispaniyalı Rosa Molina Rodriges (10:0) və hindistanlı Komal Komalı (14:2) darmadağın edərək yarımfinala yüksəlib. O, həlledici mərhələyə adlamaq üçün macarıstanlı Eda Balaşla qüvvəsini sınayacaq.

​Sərbəst güləş yarışlarına gəldikdə, 61 kiloqram çəkidə mübarizə aparan Camal Abbasov moldovalı Marçel Andronake və monqol Dulquun Enxbaatara eyni hesabla (10:0) qalib gəlsə də, 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə 2:13 hesabı ilə uduzub. 86 kiloqram çəkidə çıxış edən Məhəmməd Abbaszadə isə bolqarıstanlı Alan Tigiyevi “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 final mərhələsində türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə məğlub olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər