Menyu

Abşeron rayonunda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb

Operativ Media
Abşeron rayonunda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
1 dəq oxu

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb. 

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum olub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər