Məhkəmə Trampın Azərbaycanla bağlı qərarını ləğv edib
ABŞ federal məhkəməsi Tramp administrasiyasının Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq qərarını qanunsuz hesab edib.
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Manhetten dairə məhkəməsinin hakimi Cannet Varqas Donald Tramp administrasiyasının yanvar ayında 75 ölkənin vətəndaşlarına yalnız milli mənsubiyyətlərinə görə immiqrasiya vizalarının verilməsini dayandırmasını “açıq-aşkar qanunsuz” adlandırıb.
Bildirilib ki, ABŞ yanvar ayında müraciət edən şəxslərə nəzarətin sərtləşdirilməsi çərçivəsində ölkəyə giriş icazələrinin verilməsini dayandırmışdı. Federal məhkəmə bu tədbirin qanuna zidd olduğuna və hakimiyyət orqanlarının səlahiyyətlərini aşdığına qərar verib.
Qərar yalnız ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulan immiqrasiya vizalarına şamil olunurdu. Turist və digər müvəqqəti vizalara isə bu məhdudiyyət tətbiq edilmirdi.
dəqiqələr içində saytın olsun.