Seçki bülletenlərinin hazırlanması qaydasına dair tələblər təsdiqlənib
Nərmin Qocamanlı
Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblər təsdiq edilib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".
O bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net