Menyu

Binəqədidə evdən 6000 manatlıq qızıl-zinət əşyalarının oğurlanıb

Nərmin Qocamanlı
Binəqədidə evdən 6000 manatlıq qızıl-zinət əşyalarının oğurlanıb

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mənzillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya veriln məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Pərviz Məmmədov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitələr olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər