Menyu

Məktəblilərimiz Bolqarıstanda keçirilən olimpiadada uğurla çıxış ediblər

Nərmin Qocamanlı
Məktəblilərimiz Bolqarıstanda keçirilən olimpiadada uğurla çıxış ediblər

29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində təşkil edilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (https://2025.ejoi.org) keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan Operativ Media-ya verilən məlumata görə, 24 ölkədən 96 məktəblinin iştirak etdiyi müsabiqədə məktəblilərimiz uğurla çıxış ediblər.

Belə ki, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyinin 9-cu sinif şagirdi Fateh Əhmədzadə və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medal qazanıblar.

Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 

Teqlər:

"M\u0259kt\u0259blil\u0259rimiz Bolqar\u0131standa ke\u00e7iril\u0259n olimpiadada u\u011furla \u00e7\u0131x\u0131\u015f edibl\u0259r"

Əlaqəli Xəbərlər