Menyu

Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib

Operativ Media
Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib
1 dəq oxu

Papua-Yeni Qvineyanın şərq hissəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan Ambunti şəhərindən 34 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.

Əlaqəli Xəbərlər