Fransada ümummilli tətil elan olunub
Fransada etiraz hərəkatları və həmkarlar ittifaqları oktyabrın 31-də yeni kütləvi nümayişlər, noyabrın 5-də isə ümummilli tətil keçirməyə çağırıb.
Operativ Media xəbər verir ki, etirazçılar əməkhaqqı, yaşayış xərclərinin artması və dövlət xidmətlərinin vəziyyəti ilə bağlı tələblərini irəli sürərək Prezident Emmanuel Makron hökumətinə təzyiqləri artırmağa çalışırlar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 24-də ölkə üzrə keçirilən aksiyalarda 410 min nəfər iştirak edib.
İğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər olunub.
Nümayişlər zamanı 1314 nəfər saxlanılıb, 50-yə yaxın polis əməkdaşı xəsarət alıb.
“Solidaires” həmkarlar ittifaqının həmsədri Muriel Gilber bildirib ki, ölkədə narazılıq getdikcə artır və tələbələrin, işçilərin, yanğınsöndürənlərin və digər peşə sahiblərinin tələbləri birləşir.
Fransadakı etiraz dalğası fonunda Belçika, İtaliya və Albaniyada da hökumət əleyhinə nümayişlər və toqquşmalar qeydə alınıb.