Menyu

Azərbaycandan Fransaya 4 tona yaxın qurbağa ayağı ixrac olunub

Əsəd Abbaslı
Azərbaycandan Fransaya 4 tona yaxın qurbağa ayağı ixrac olunub

Cari ilin avqust ayında beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki,  Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.

Teqlər:

"Az\u0259rbaycandan Fransaya 4 tona yax\u0131n qurba\u011fa aya\u011f\u0131 ixrac olunub"

Əlaqəli Xəbərlər