Ana səhifə / Ölkə / Füzulinin Alxanlı kəndində taxıl sahəsi yanıb Füzulinin Alxanlı kəndində taxıl sahəsi yanıb 04.09.2025, 09:06 Əziz Əzizli Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Operativ Media-ya FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 60 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Teqlər: "F\u00fczulinin Alxanl\u0131 k\u0259ndind\u0259 tax\u0131l sah\u0259si yan\u0131b"