Menyu

Paytaxtda vətəndaşı hədələyərək pulunu ələ keçirən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Paytaxtda vətəndaşı hədələyərək pulunu ələ keçirən şəxs saxlanılıb

Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər