Milli Məclis Vaşinqton razılaşmaları ilə bağlı xüsusi iclas keçirəcək

Şəfa Hüseynli
Milli Məclis Vaşinqton razılaşmaları ilə bağlı xüsusi iclas keçirəcək

Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Operativ Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçiriləcək.

Digər xəbərlər