Havayda fövqəladə vəziyyət elan edilib
Nərmin Qocamanlı
ABŞ-nin Havay ştatında yaxınlaşan dördüncü kateqoriyalı “Kiko” qasırğası səbəbindən fövqəladə vəziyyət elan olunub.
Operativ Media xəbər verir ki, ştat qubernatorluğunun bəyanatına əsasən, güclü küləklər, leysan yağışlar və hündür dalğalar sentyabrın 8-də – bazar ertəsi – Havayın bəzi bölgələrinə təsir göstərə bilər.
Fövqəladə vəziyyət sentyabrın 19-dək qüvvədə olacaq.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, “Kiko” hazırda Havay adalarından təxminən 1600 km məsafədə yerləşir, qasırğa zonasındakı küləyin maksimal sürəti isə 63 m/s-ə çatır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net