Menyu

Ötən gün Qəzzada azı 87 nəfər ölüb

Əsəd Abbaslı
Ötən gün Qəzzada azı 87 nəfər ölüb

İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 87 nəfər fələstinli ölüb.

Operativ Media xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 87 ölü və 409 yaralı daxil olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 64 455insan ölüb, 162 776 nəfər yaralanıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn Q\u0259zzada az\u0131 87 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər