Menyu

Maaşlardan gəlir vergisinin tutulması əmək bazarında nələri dəyişəcək?

Nərmin Qocamanlı
Maaşlardan gəlir vergisinin tutulması əmək bazarında nələri dəyişəcək?

"Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən, son 7 il ərzində Azərbaycanda fiziki şəxslər gəlir vergisindən azad edilib. Bu güzəşt 2026-cı ilin yanvarın 1-də başa çatacaq. Güzəşt qeyri-dövlət, yəni özəl eyni zamanda qeyri-neft sektorunda çalışan vətəndaşlara şamil olunurdu. Belə ki, bu şəxslər 14% və ya 25%-lik gəlir vergisini ödəmirdilər və onların əmək haqları vergidən azad edilmişdi".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib:

Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət  tərəfdaşıdır - AZƏRTAC

"Bu il artıq 7-ci ildir ki, bu güzəştlər mövcuddur. Özəl sektorda çalışan işçilər əmək haqlarından gəlir vergisi ödəmirlər. 

Müddət uzadılarsa, vətəndaşlarımız əmək haqlarından gəlir vergisi ödəməyəcək və güzəşt davam edəcək. Bu isə işçilərin real əmək haqlarının qorunub saxlanılmasına imkan yaradacaq".

Onun sözlərinə görə, nisbətən aşağı vergi dərəcəsi özəl sektor üçün ciddi yük yaratmaya bilər:

"Mənim təklifim ondan ibarətdir ki, bu güzəşt müddəti uzadılsın. Əgər müddət uzadılmasa alternativ olaraq məsələn, 2%-lik sadələşdirilmiş vergi tətbiq olunsun ki, həm sahibkar, həm də işçilər üçün ciddi yük yaratmasın".

İqtisadçı Xalid Kərimli Operativ Media-ya bildirib ki, bu dəyişikliklər biznesin xərclərinin artmasına, işçinin əlində qalan vəsaitin azalmasına səbəb ola bilər:

Qarabağ inkişaf etmiş turizm bölgəsinə çevriləcək - Xalid Kərimli

"Son 7 ildə atılan addımlar əmək müqavilələrinin leqallaşmasına və şəffaflığın artmasına müsbət təsir göstərmişdir. Əməkhaqlarını gizlətmək meyli xeyli azalmışdır. 

Lakin hazırda narahatlıq ondadır ki, real əməkhaqlarını gizlətmə meyilləri yenidən arta bilər. Təbii ki, bu yalnız bir ehtimaldır.

İkinci əsas məsələ isə ondan ibarətdir ki, işçi xərclərinin artması biznes üçün əlavə yük yarada bilər. Bu isə istehsal olunan məhsulların qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Eyni zamanda xərclərin çoxalması işçilərin ixtisar olunmasına səbəb ola bilər. Əgər şirkət gəlirini artıra bilmirsə, xərcləri azaltmaq üçün işçi sayını azalda bilər.

Bununla yanaşı maliyyə vəziyyəti sabit olan bəzi şirkətlər əməkhaqqı ilə bağlı əlavə xərcləri qarşılamaqda çətinlik çəkməyəcək. Bu halda işçilərin maaşındakı azalmalar müəyyən dərəcədə kompensasiya edilə bilər.

Nəticə etibarilə, bu dəyişikliklər biznesin xərclərinin artmasına, işçinin əlində qalan vəsaitin azalmasına səbəb ola bilər".

Teqlər:

"Maa\u015flardan g\u0259lir vergisinin tutulmas\u0131 \u0259m\u0259k bazar\u0131nda n\u0259l\u0259ri d\u0259yi\u015f\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər