Hacıqabulda yol qəzası olub
Əsəd Abbaslı
Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Musayev Mehman Gəray oğlu, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Hamlet Musa oğlu və Ağdam sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən İsmiəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net