Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutulub
Şəfa Hüseynli
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya bildirilib ki, ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub.
Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net