Sumqayıtda sərnişin avtobusu yanıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Sumqayıtda sərnişin avtobusu yanıb  - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı  mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb. 

Xəsarət alan yoxdur.

***

12:08

Sumqayıtda sərnişin avtobusu yanır.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Operativ Media verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, əraziyə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər