Menyu

Dövlət sərhədini pozan şəxslər saxlanılıb

Şəfa Hüseynli
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
1 dəq oxu

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilmişdir.

Operativ Media-ya bu barədə DSX-dən məlumat verilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani Cavid Muhəmmədəzim saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Əlaqəli Xəbərlər