Müəssisəsiyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Şəfa Hüseynli
Müəssisəsiyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Operativ Media-ya  Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Şəkil Qalereyası

Müəssisəsiyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb - Şəkil 1
Müəssisəsiyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb - Şəkil 2

Digər xəbərlər