AYNA-ya yeni vəzifə həvalə edilib
Nərmin Qocamanlı
Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net