Menyu

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir

Nərmin Qocamanlı
Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treyninqi”nin üçüncü mərhələsi keçirilir. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.

Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

NATO proqramı çərçivəsində keçirilən treyninqlər oktyabrın 3-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər