İlham Əliyev: “Qarabağ” xalqımızı qürurlandırmaqda davam edir

Əsəd Abbaslı
İlham Əliyev: “Qarabağ” xalqımızı qürurlandırmaqda davam edir

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun növbəti qələbəsi münasibətilə sosial şəbəkədə paylaşım edib.

Operativ Media xəbər verir ki, paylaşımda deyilir:

"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir."

Digər xəbərlər