Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Şəfa Hüseynli
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Oktyabrın 2-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 47, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Digər xəbərlər