Edi Rama dünya gündəmi olan görüntülərlə bağlı açıqlama yayıb
Nərmin Qocamanlı
Albaniyanın Baş naziri Edi Rama dünya gündəmi olan görüntülərlə bağlı açıqlama yayıb.
Operativ Media xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib:
"Bugünkü medianın işləmə tərzi və “virallıq” anlayışının reallığı necə asanlıqla təhrif edə biləcəyini görmək həqiqətən təəccüblüdür. Dostluq ruhunda, yaxşı niyyətlə söylənmiş bir cümlə birdən-birə onlarla ölkənin iştirak etdiyi sammitin bütün dünya mediasında başlığına çevrilir, halbuki əsl məna və substantiv mövzular arxa planda qalır.
Amma bəli, köhnə dostum İlham Əliyevlə birlikdə olmaq və həmçinin əziz ortaq dostumuz Emmanuel Makronun iştirakı ilə ABŞ Prezidenti Donald Trampın bir səhvini xatırlatmaq çox əyləncəli idi.
Həqiqət budur ki, Tramp özünü Qərbin lüğətinə “sülh” sözünü illər sonra qaytaran lider kimi göstərdi. O, başqalarının uğursuzluğa düçar olduğu yerlərdə qısa müddət ərzində sülh əldə etdi və bu məqsədlə yorulmadan çalışır," – Baş nazir vurğulayıb.
✍️ Nərmin Qocamanlı
It is truly remarkable how today’s media operates, and how the so-called “virality” can so easily distort reality. A sentence spoken in good humor, in the spirit of friendship, suddenly turns into a worldwide headline of an entire summit among dozens of nations, while all the… pic.twitter.com/bzBjzMC7op