Menyu

Türkiyə XİN Qəzzada atəşkəs razılaşmasını alqışlayıb

Nərmin Qocamanlı
Türkiyə XİN Qəzzada atəşkəs razılaşmasını alqışlayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs razılaşmasını alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

Bəyanatda deyilir:

"Qəzzada atəşkəsin təmin edilməsini məmnuniyyətlə qarşılayır, bu atəşkəsin iki ildir davam edən soyqırımı dayandırmasını arzulayırıq. Əldə olunan atəşkəs razılaşmasının tam şəkildə həyata keçirilməsini gözləyirik.

Atəşkəsin təmin olunması ilə yanaşı, humanitar fəlakətin yaşandığı Qəzzaya humanitar yardımların çatdırılması və Qəzzanın yenidən qurulmasına yönəlik işlərin təcili şəkildə başlanması zəruridir. Türkiyə bundan sonra da Qəzzaya intensiv şəkildə humanitar yardım göstərməyə davam edəcək.

Yaxın Şərqdə daimi sülh yalnız İsrail-Fələstin məsələsinə ədalətli bir həll tapılmaqla mümkündür. Atəşkəs danışıqlarında əldə olunan bu irəliləyişin qarşıdakı dövrdə iki dövlətli həllin reallaşdırılmasına da töhfə verəcəyinə ümid edirik.

Atəşkəs danışıqlarında vasitəçilik edən Qətər, Misir və ABŞ-nin səylərini yüksək qiymətləndiririk. Atəşkəs razılaşmasının icrası mərhələsində də töhfə və dəstəyimizi davam etdirəcəyik".

Teqlər:

"T\u00fcrkiy\u0259 X\u0130N Q\u0259zzada at\u0259\u015fk\u0259s raz\u0131la\u015fmas\u0131n\u0131 alq\u0131\u015flay\u0131b"

Əlaqəli Xəbərlər