Azərbaycanda Çin istehsalı olan bəzi avtomobillərin qiymətləri ucuzlaşıb.
Operativ Media xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, ötən il 2024-cü il istehsalı olan, 0 kilometr yürüşə malik avtomobilin satış qiyməti, bu il 2025-ci il istehsalı eyni model və eyni komplektasiyadakı avtomobilin qiymətindən 1000–2000 manat baha olub. Yəni, modelin buraxılış ili yenilənsə də, qiymətlərdə azalma müşahidə edilir.
Satıcıların sözlərinə görə, qiymət fərqinə təsir edən bir sıra amillər mövcuddur. Əsas səbəblərdən biri Çin bazarında modellərin çoxçeşidliliyidir.
Satıcılar bildirirlər ki, avtomobillərin modelindən asılı olaraq qiymətlərdə 200 dollardan 1000 dollara qədər fərq yaranır. Müxtəlif seqmentlərə aid avtomobillərdə bu fərq dəyişir və bəzi modellərdə qiymət azalması 3500–4000 manata qədər çatır.
Bundan əlavə, satıcılar qeyd ediblər ki, avtomobillərin Çindən Azərbaycana gətirilməsində mövsümi amillər də qiymətlərə təsir göstərir. Mövsümə uyğun olaraq daşınma xərcləri dəyişdiyi üçün bazarda qiymət fərqləri yaranır.