Rumıniya ölkədəki NATO hərbçilərinin sayını artırdığını açıqlayıb

Şəfa Hüseynli
Rumıniya ölkədəki NATO hərbçilərinin sayını artırdığını açıqlayıb

Rumıniyada Amerika hərbçilərinin sayının azaldılması digər NATO ölkələrindən gələn hərbçilərin sayının artması ilə kompensasiya ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoiu yerli portala müsahibəsində Rumıniyada NATO əsgərlərinin sayının artdığını açıqlayıb.

Nəşr qeyd edir ki, bir gün əvvəl ABŞ Rumıniya Milli Müdafiə Nazirliyinə ölkədəki hərbi kontingentini təxminən 700 nəfər ixtisar etdiyi barədə məlumat verib. 

Digər xəbərlər