Menyu

Özbəkistan Çinlə birlikdə yeraltı qaz anbarı tikəcək

Şəfa Hüseynli
Özbəkistan Çinlə birlikdə yeraltı qaz anbarı tikəcək
1 dəq oxu

Özbəkistanın Çinlə birlikdə yeraltı qaz anbarı tikəcəyi gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə  Özbəkistan Energetika Nazirliyi məlumat yayıb .

Bildirilib ki, energetika nazirliyində Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Dai Houlyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və CNPC-nin baş direktoru Dai Houlyan ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Tərəflər, Mərkəzi Asiya-Çin qaz kəmərinin tikintisi, Buxara vilayətində qaz-kondensat yataqlarının işlənməsi layihələri, yeraltı qaz anbarının tikintisi, yeni yataqların istismara verilməsi , neft-qaz sektoru üçün ixtisaslı kadrların hazırlanması məsələlərinə baxılıb.

Əlaqəli Xəbərlər