Bolqarıstan Rusiyaya qarşı sanksiyalara görə yanacaq ixracını dayandırır
Şəfa Hüseynli
Tramp administrasiyasının "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Bolqarıstan digər Avropa İttifaqı ölkələri də daxil olmaqla dizel və təyyarə yanacağının ixracını müvəqqəti olaraq dayandırır.
Operativ Media xəbər verir ki,bu barədə "DW" məlumat yayıb.
Məlumata görə, Bolqarıstan parlamenti gələcəkdə neft məhsullarının qıtlığının qarşısını almaq üçün bu qərarı qəbul edib.
“Lukoyl-Neftexim” neft emalı zavodu Bolqarıstanın Burqas şəhəri yaxınlığında yerləşir. Rusiya şirkəti ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsini də idarə edir. Sanksiyalar onun Bolqarıstandakı bütün aktivlərinə şamil edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net