Abbas Əraqçi: "İran uranın zənginləşdirilməsini davam etdirəcək"
Operativ Media
"İran rəhbərliyi uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir".
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.
"Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Rəsmi Tehran özünün raket proqramı ilə bağlı danışıqlar aparmayacaq. Heç bir sağlam düşüncəli adam hərbi komponentindən imtina etməyə razı olmaz", - deyə nazir müsahibəsində bildirib.