Menyu

Azərbaycanda bir sıra saytlara daxilolmada problem yaranıb - YENİLƏNİB

Operativ Media
Azərbaycanda bir sıra saytlara daxilolmada problem yaranıb - YENİLƏNİB

Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

Operativ Media xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə,  şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.

***

15:52

Azərbaycanda bir sıra saytlara daxil olmaqda çətinliklər yaranıb.

Operativ Media xəbər verir ki, problemin "CloudFlare"dən qaynaqlandığı bildirilir.

"CloudFlare" açıqlamada dünya üzrə böyük kəsinti yaşandığını təsdiqləyib. Qeyd olunub ki, araşdırma aparılır, daha sonra ictimaiyyətə məlumat veriləcək.

Hazırda Azərbaycanda saytların böyük əksəriyyəti, bankların tətbiqləri və digər ödəniş sistemlərində problemlər yaranıb.

Əlaqəli Xəbərlər