Menyu

Qazaxıstan Azərbaycandan iki gəmi alacaq

Şəfa Hüseynli
Qazaxıstan  Azərbaycandan iki gəmi alacaq

Qazaxıstan konteyner daşımalarını artırmaq üçün Azərbaycandan iki gəmi alacaq.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bu gün keçirilən hökumət iclasında bildirib.

Onun sözlərinə görə, 2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan 700 konteyner tutumuna malik iki gəminin alınması planlaşdırılır.

"Limanlara aparan dəmir yolu xəttinin tutumunun artırılması üçün də işlər görülür. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətini 30 milyon tona çatdıracaq", - Nurlan Sauranbayev qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər