Bu ilin yanvar-oktyabr aylarında ölkədən 20,49 milyon ABŞ dolları dəyərində 21,3 min tondan çox nar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 24,9 faiz və ya 4 milyon dollar, həcm baxımından isə 14,9 faiz və ya 2,7 min ton çoxdur.
Cari ilin ilk 10 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,69 faizə bərabər olub.