Emal edilməmiş metalların istehsalı artıb
Operativ Media
Bu ilin yanvar-oktyabr aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 31,1 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 62,8 faiz və ya 12 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 20 faiz artım qeydə alınıb. Oktyabr ayında 4,2 min ton emal edilməmiş metallar istehsal edilib. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 9,7 min ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net