Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 1,18 % artaraq 66,05 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı Azərbaycan neftinin əvvəlki qiyməti 65,28 ABŞ dolları təşkil edib.