Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubunun ilkin variantı tapılıb
Operativ Media
Dövlət Təhlükəsizliyi Xidmətinin ( DTX) AXCP sədri Əli Kərimlinin evində apardığı axtarışla bağlı bəzi məqamlar məlum olub.
Operativ Media xəbər verir ki, axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər tapılıb.
Qeyd edək ki, bu dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar var.