Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsi artıb
Operativ Media
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 1,9 dəfə artaraq 28,6 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Estoniyaya ixrac: 18,38 milyon dollar (+2 dəfə)
Estoniyadan Azərbaycana idxal: 10,21 milyon dollar (+1,8 dəfə)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Estoniya ilə ticarətin payı 0,06 faizə bərabər olub.