Menyu

61,5 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub

Operativ Media
61,5 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında 173,4 milyon ABŞ dolları dəyərində 61,5 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,7 faiz çox, həcm baxımından isə 2,1 faiz azdır.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkədən dəyəri 2,672 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 11,9 faiz üstələyir. Hesabat dövründə alüminium ixracının xüsusi çəkisi 6,49 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər