Menyu

"Bravo" marketlərdə polietilen torbaların bahalaşdığı bildirilir - FOTO

Operativ Media
"Bravo" marketlərdə polietilen torbaların bahalaşdığı bildirilir - FOTO

"Bravo" marketlər şəbəkəsində polietilen torbaların qiyməti qalxıb.

Operativ Media Yurd Media-ya istinadən xəbər verir ki, ölçüsünə görə 3-5 qəpik aralığında olan torbalar bugündən 5-7 qəpiyə satılır.

Analoji qiymət artımı hələki digər market şəbəkələrində müşahidə olunmayıb. 

Qeyd edək ki, ölkədə polietilen torbaların təbiətə ziyan vurmasına görə istifadəsini azaltmaq məqsədi ilə 2023-cü il fevralın 15-dən pulsuz verilən polietilen torbaların pulla satışına başlanılmışdı.

Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. 


Əlaqəli Xəbərlər