Menyu

Ölkədən 30 milyon dollarlıq mis məmulatları ixrac edilib

Operativ Media
Ölkədən 30 milyon dollarlıq mis məmulatları ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədən 30 milyon dollar dəyərində 3,9 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 28,1 faiz və ya təqribən 6,6 milyon dollar, həcm baxımından isə 16,5 faiz və ya 555,2 ton çoxdur.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkədən dəyəri 2,672 milyard dollardan çox Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 11,9 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,12 faizə bərabər olub.

Əlaqəli Xəbərlər