Menyu

627 mənzil güzəştli şərtlərlə satışa çıxarılır - QİYMƏTLƏR

Operativ Media
627 mənzil güzəştli şərtlərlə satışa çıxarılır - QİYMƏTLƏR

Hövsan Yaşayış Kompleksinin birinci və ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi üzrə ümumilikdə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir. 

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat belədir:

Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, Sumqayıt Yaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10, Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə 216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə 627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi, 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 50 200 manat,

4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzilin qiyməti – 61 965 manat,

4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 48 120 manat,

2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,

3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,

4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.

Yevlax Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti – 41 040 manat,

1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,

2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Əlaqəli Xəbərlər