Menyu

84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Operativ Media
84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1178 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.

Dövlət Xidmətindən Operativ Media -ya bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 faiz çoxdur.

Noyabr ayında 84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da ötən ilə nisbətən 8 faiz çoxdur.

Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər