Yaponiya, Çin və Cənubi Koreya sammiti təxirə salınacaq
Şəfa Hüseynli
Yaponiya, Çin və Cənubi Koreya arasında dekabrda Tokioda keçirilməsi planlaşdırılan üçtərəfli sammit Tokio və Pekin arasında gərginliyin artması səbəbindən təxirə salınacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Nikkie" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Çin Xarici İşlər Nazirliyi sammitin tarixi ilə bağlı razılığın əldə olunmadığını açıqlayıb.